Azərbaycanda sabah bəzi yerlərdə hava yağıntılı olacaq....*

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

<Azərbaycanda sabah bəzi yerlərdə hava yağıntılı olacaq....*

TÜRK-AZ HAVA DURUMU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacağı ehtimal edilir.