Azərbaycanda meşə atlasının yaradılması layihəsi həyata keçirilir.....

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Resurslar İnstitutu, Avropa və BMT-nin Ətraf Mühit Proqramı ilə birgə Azərbaycanda meşə atlasının yaradılması layihəsini həyata keçirir.

<Azərbaycanda meşə atlasının yaradılması layihəsi həyata keçirilir.....

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

“Həmin atlas vasitəsilə onlayn formada meşə əraziləri, meşənin konturları, bəzi ərazilərdə FAO-nun dəstəyi ilə aparılmış yeni inventarlaşdırma barədə məlumatları əldə etmək olacaq”, - deyə M.Şükürova qeyd edib.