Azərbaycan qılıncoynadanı Paris olimpiadasına qələbə ilə başlayıb

Azərbaycanın qadın qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

<Azərbaycan qılıncoynadanı Paris olimpiadasına qələbə ilə başlayıb

AZƏRTAC xəbər verir ki, qadınların fərdi yarışında çıxış edən idmançı 1/16 finalda çinli Yanq Henqyu ilə qarşılaşıb.

Rəqibinə qalib gələn A.Başta 1/8 finala yüksəlib. O, bu raundda ukraynalı Olqa Xarlanı sınağa çəkəcək.

Görüş bu gün Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.