Azərbaycan Prezidenti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

<Azərbaycan Prezidenti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.