Azərbaycan Milli Xalça Muzeyi Çeçenistanın Milli Muzeyi ilə anlaşma memorandumu imzalayıb.....

Azərbaycan Milli Xalça Muzeyi Rusiya Federasiyası Çeçenistan Respublikasının Milli Muzeyi ilə anlaşma memorandumu imzalayıb.

<Azərbaycan Milli Xalça Muzeyi Çeçenistanın Milli Muzeyi ilə anlaşma memorandumu imzalayıb.....

AZƏRTAC xəbər verir ki, sənədi hər iki muzeyin direktorları – Şirin Məlikova və Zalina Mamayeva imzalayıblar.

İmzalanma mərasimi Ş.Məlikovanın Qroznı şəhərinə ezamiyyəti zamanı baş tutub. Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi Çeçenistan Respublikasının muzeyləri ilə əməkdaşlıq edən ölkəmizin ilk muzeyidir.

Memorandum iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədi daşıyır. Belə ki, muzey işi sahəsində tədqiqatlar aparılacaq, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin və metodiki ədəbiyyat mübadiləsi, birgə sərgi layihələri reallaşdırılacaqdır.

Bu sənəd Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına daha bir töhfədir.