Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər.....

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə müxtəlif qurumları təmsil edən könüllülər Fəxri xiyabana gələrək, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin hörmət və ehtiramla yad edib, onun məzarı önünə gül dəstələri qoyublar.

<Azərbaycan könüllüləri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər.....

Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, dünya tibb elminə əvəzsiz töhfələr verən məşhur alim, tanınmış həkim, sədaqətli ömür-gün yoldaşı Zərifə Əliyevanın həyat yolu bu gün də müasir Azərbaycan gəncləri üçün əsl nümunədir.

Könüllülər Zərifə xanımın şəxsiyyətində cəmləşən xalqımıza xas müsbət keyfiyyətləri, ali dəyərləri daim yüksək tutacaqlarını, onun ruhunu şad etmək üçün hər zaman ölkəmizin inkişafı və xalqımızın rifahı uğrunda çalışacaqlarını vurğulayıblar.