Azərbaycan ilə İran arasındakı hərbi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.....

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani ilə görüşüb.

<Azərbaycan ilə İran arasındakı hərbi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.....

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və İranın dövlət rəhbərlərinin əlaqələrə göstərdiyi xüsusi diqqət vurğulanıb, iki ölkənin sıx münasibətlərindən məmnunluq ifadə olunub. Azərbaycan və İranın dost və yaxın qonşu ölkələr olaraq əməkdaşlığının bütün sahələrdə davam etdirilməsinin zəruriliyi qeyd olunub. Müdafiə, hərbi və hərbi-texniki sahədə gündəmdə olan məsələlərə toxunulub. Səmərəli əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri, qarşılıqlı səfərlərin təşkil olunması, təcrübə mübadiləsinin artırılması və birgə layihələrin icra edilməsi haqqında geniş fikir mübadiləsi aparılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran