Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək.....

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

<Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək.....

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 “MiQ-29” qırıcı və 2 “Su-25” hücum təyyarəsi iştirak edəcək.