Azərbaycan gənclərinə həsr edilmiş tədbir təşkil olunub.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət Evində “Azərbaycan gəncləri fəal, vətənpərvər, bilikli, savadlıdırlar!” adlı 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

<Azərbaycan gənclərinə həsr edilmiş tədbir təşkil olunub.....


Baş İdarədən AZƏRTAC-a bildirilib ki, təbirin əvvəlində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-publisist Gülarə Munis təbrik sözü ilə çıxış edib.
Sonra tədbir proqramı bir-birindən maraqlı viktorinalar və oyunlarla davam edib.
Tədbir zamanı gənc həvəskar musiqiçilər rəngarəng ifalarla çıxış ediblər. Tədbir “Yallı” rəqsi ilə başa çatıb.