Avstriya qonşu Sloveniyanın yeni AES layihəsindən narahatdır.....

Sloveniyada yeganə atom elektrik stansiyası olan Krşko AES-in ikinci reaktoru üçün enerji təminatı icazəsi verilib.

<Avstriya qonşu Sloveniyanın yeni AES layihəsindən narahatdır.....


AZƏRTAC xəbər verir ki, yeni reaktorun tikintisi üçün mühüm mərhələ hesab edilən bu qərar qonşu Avstriyada narahatlıq doğurub. Avstriyanın ekologiya naziri Leonora Qevessler tikinti planının ölkəsi tərəfindən böyük narahatlıqla izləndiyini ifadə edib. O, sloven həmkarını AES-in yerləşdiyi ərazidə zəlzələ təhlükəsinin beynəlxalq ekspertlər tərəfindən yenidən qiymətləndirilməsini təşkil etməyə çağırıb. 
Avstriyalı nazirin sözlərinə görə, nüvə enerjisi ümumilikdə götürdükdə qeyri-əmin enerji mənbəsidir və özündə böyük təhlükələr gizlədir. Bu təhlükə AES-lərin seysmik həssas zonalarda tikildiyi zaman isə daha da böyüyür. Krşko AES belə bir seysmik zonada yerləşdiyinə görə, Avstriya sərhədləri yaxınlığında xüsusilə riskli AES-in mövcudluğu və onun daha bir blokla genişlənməsi Avstriyanı ciddi şəkildə narahat edir.
E.Qevessler qonşu ölkənin rəsmi qurumlarını Avstriya və digər ölkələrin nümunəsi əsasında bərpa olunan enerji mənbələrinə sərmayə yatırmağa və ölkənin enerji təhlükəsiziliyini perspektivli enerji siyasəti üzərində qurmağa çağırıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vlyana