Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb.....

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, aprel ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.

<Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb.....

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 202 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 535 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 663 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4 faizini təşkil edib.