Ankarada türk dünyası sənətçilərinin iştirakı ilə təntənəli Novruz mərasimi keçirilib......

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türkiyədə təntənəli Novruz bayramı mərasimləri təşkil olunub. Ankara və Bursanı əhatə edən mərasimlərdə türk dünyasının 15 ölkəsini, 16 solist və 25 sənətçi qrupu təmsil edən 350 nəfərlik yaradıcı heyətin iştirakı ilə möhtəşəm musiqili bayram proqramları nümayiş etdirilib.

<Ankarada türk dünyası sənətçilərinin iştirakı ilə təntənəli Novruz mərasimi keçirilib......

AZƏRTAC xəbər verir ki, “Türk dünyasının yeni gün görüşməsi - Novruz 2022” şüarı ilə keçirilən mərasimin açılışı Ankara şəhərində olub.

Əvvəlcə Türkiyə paytaxtının Keçiörən rayonundakı Kalaba Türk Dünyası Meydanında, eləcə də Ankarada fəaliyyət göstərən Musiqi və İncəsənət Universitetində Novruz bayramı konsertləri təşkil edilib.

Sonra Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında TÜRKSOY-un Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə türk dünyasını təmsil edən 350 sənətçinin iştirakı ilə əzəmətli bayram proqramı olub. Azərbaycan bu proqramda muğam və rəqs qrupları ilə təmsil edilib. Səhnənin böyük ekranında bütün proqramların musiqi ritminə uyğun əsərlər nümayiş olunub.

Novruz bayramı proqramları TÜRKSOY-un Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Türkiyənin Bursa şəhərində davam etdiriləcək.

“Bursa-2022” Türk dünyasının mədəniyyət paytaxtının təntənəli açılış mərasimi və növbəti əzəmətli Novruz şənliyi martın 30-da keçiriləcək.

Martın 31-də isə Türk Dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurasının iclası nəzərdə tutulub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara