Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanına ziyarət təşkil edilib.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları oxucularla birlikdə 27 sentyabr – Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

<Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanına ziyarət təşkil edilib.....

AZƏRTAC xəbər verir ki, filialın əməkdaşları şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları ilə görüşüb, onların dərdlərinə şərik olub, qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır.