AMEA-nın Yüksək Texnologiyalar Parkında diod və mikrosxemlər istehsal olunacaq.....

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) yeni rezidenti “BEYT” MMC tərəfindən LED lampa üçün diod və mikrosxemlər istehsal olunacaq.

<AMEA-nın Yüksək Texnologiyalar Parkında diod və mikrosxemlər istehsal olunacaq.....

YT Parkdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunur. Layihənin reallaşması ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaq. Müəssisədə 30 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Bundan əlavə, istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə, yəni 3 robot vasitəsilə həyata keçiriləcək.

Qarabağda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində yalnız LED lampaların istifadəsinin planlaşdırılması, bu məhsullara olan marağın daha da artacağını proqnozlaşdırmağa əsas verir.

Layihənin ölkəmizdə icrası xaricə valyuta axının qarşısının alınması ilə yanaşı, LED lampaların maya dəyərinin də aşağı düşməsinə imkan yaradacaq. İstehsal olunacaq yüksək keyfiyyətli diod və mikrosxemlərin daxili bazarda satışı ilə bərabər, həm də Gürcüstan, Rusiya və digər ölkələrə ixracı nəzərdə tutulur.