Almaniyada daşqın qurbanlarının sayı 100 nəfəri ötüb.....

Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 100 nəfəri ötüb, daha 1,3 minə yaxın insan itkin düşüb.


AZƏRTAC N24 telekanalına istinadla xəbər verir ki, Reynland-Pfalz federal torpağında daşqın qurbanlarının sayı 60 nəfərədək artıb. Şimali Reyn-Vestfaliya federal əyalətində isə təbii fəlakət azı 43 nəfərin ölümünə səbəb olub. Ölənlərin sayının artacağı istisna edilmir.