Aksiya iştirakçısı: Burada Azərbaycan vətəndaşlarının həmrəyliyi nümayiş olunur.....

Biz dünən səhər saatlarından aksiyada iştirak edirik. Tələbimiz Azərbaycanın ekologiyasına, təbiətinə zərər verən amillərin qarşısının alınması və Azərbaycan ərazisində monitorinq keçirilməsinə icazə verilməsidir.

<Aksiya iştirakçısı: Burada Azərbaycan vətəndaşlarının həmrəyliyi nümayiş olunur.....

Bunu bir qrup azərbaycanlı ekoloqun, QHT nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Laçın-Şuşa yolunda təşkil edilən etiraz aksiyasının iştirakçısı, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai AZƏRTAC-a müsahibəsində deyib.

“Tələblərimizi çatdırmaq üçün Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovun buraya gəlməsi vacibdir. Qeyri-hökumət təşkilatlarına dəstək üçün burada çalışan işçilər də bizə qoşulub. Eyni zamanda, Bakıdan vətəndaşlar gəlib və bu da onu göstərir ki, aksiya günlərlə davam edə bilər. Burada Azərbaycan vətəndaşlarının həmrəyliyi nümayiş olunur. Biz Rusiya sülhməramlılarına, ermənilərə və bütün dünyaya Azərbaycan xalqının birliyini göstəririk”, - deyə S.Fədai vurğulayıb.