Ağdam sakinlərindən Türkiyəyə qardaş köməyi.....

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Ağdam rayonu da qoşulub.

<Ağdam sakinlərindən Türkiyəyə qardaş köməyi.....

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam sakinləri qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım etmək üçün Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstəklərini nümayiş etdirirlər. Yardımlar əsasən yataq dəstləri, yorğan-döşək, isti geyimlər və digər zəruri əşyalardan ibarətdir.

İki gün ərzində humanitar yardımlar yüklənmiş 2 TIR Türkiyəyə yola salınıb.