Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq.....

Azərbaycanda iyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 30-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimal edilir.