Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin dördüncü ildönümü - Zəfər Günü qeyd olunur.
08-11-2024Bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, şücaətli Azərbaycan ordusunun qəhrəmanlığı və uğrunda qurban gedən şəhidlərin qanı bahasına işğal altında olan torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsinin dörd ili tamam olur.
Sentyabrın 27-dən başlayaraq, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu doğma Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyevin 3 dekabr, 2020-ci il tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən 8 Noyabr, misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Zəfər günü kimi təsis edilib.
Allah c.c. Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı və uzun ömr versin!
Yaşasın Ali Baş Komandan və müzəffər Azərbaycan ordusu!
Bayramınız mübarək, əziz həmvətənlər!