8 NOYABR ŞANLI ZƏFƏR TARİXİMİZ…..

 30 ilə yaxın idi ki, qədim və əzəli torpaqlarımız olan, Qarabağ erməni işğalı altındaydı.

8 NOYABR ŞANLI ZƏFƏR TARİXİMİZ…..
EĞİTİMCİ FƏRƏC AĞAYEV

8 NOYABR ŞANLI ZƏFƏR TARİXİMİZ…..

27 sentyabr 2020 ci ildə Ali Baş Komandanın əmri ilə Müzəffər ordumuz əks hücuma keçdi.

 

   Bu gün artıq Qarabağdayıq. 30 illik həsrəti 44 gündə bitirdik.

 

Öz torpağından qoparıldığı üçün göz yaşı tökən insanlar indi sevinc göz yaşı tökür.Bu sevincin bu zəfərin isə arxasında igid əsgərlərimiz, şəhidlərimiz, qazilərimiz durur.

 

 Ümummilli liderimiz Heydər Əliyev hər zaman deyirdi:

"Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan mövcud ola bilməz"

 

  Bu vəsiyəti onun layiqli davamçısı Cənab İlham Əliyev həyata keçirdi.

Sentyabırın 27-dən başlanan ordumuzun əks hucumu ilə  ilk böyük uğurumuz 4 oktyabr günündən başladı.

 

Müharibənin 7 ci günü Cəbrayıl erməni işğalından azad edildi. Oktyabrın 17- də Füzuli, 20- də Zəngilan azad edildi. Oktyabrın 25-də Qubadlı azad edildi.

 

   Şanlı qələbənin ən parlaq zəfəri Noyabırın 8-də Qarabağın döyünən ürəyi olan Şuşanın azad edilməsi ilə başladı.

 

   20 Noyabırda Ağdam, 25 Noyabırda Kəlbəcər, 1 Dekabırda isə Laçın erməni işğalından azad edildi.

Şanlı Qələbəmiz Ali baş komandanın, xalqımızın və igid oğullarımiz qəhrəmanllğı nəticəsində mümkün oldu.

 

"Vətən sevgisi imandandır" deyib yola çıxan, General Polad Həşimov, Polkovnik İlqar Mirzəyev.

Mayor Asəf Maşıyev, Kapitan Anar Heydərov və dillərə dastan Xudayar və bütün şəhidlərimiz öz qanları ilə qələbə tarixi yazdılar.

 

Həmişə Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti bu çətin müharibə dövründə də yanımızda oldu.

 

Bu iki qardaş dövlətin birliyi bütün dünyaya səs salmışdı.Çünki, biz bir millət iki dövlətik.

 

Allah c.c. bütün şəhidlərimizə rəhmət etsin.

 

Qarabağ bizimdir!

 

Qarabağ Azərbaycandır!