31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ.....

       Tarixin müxtəlif mərhələlərində ermənilər mifik böyük ermənistan  ideyasını gerçəklədirmək məqsədilə Azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ.....
EĞİTİMCİ FƏRƏC AĞAYEV

 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ.....

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart soyqırımıdır.

Azərbaycanlılara qarşı bu soyqırım

xüsusi qədarlıqla 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində

Bakıda  eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilmişdir.

Bakı Soveti və daşnak erməni silahlı dəstələri Azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişdilər. 

Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində təkcə Bakıda 12 minə yaxın Azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Mart soyqırımının əsas təşkilatçısı Bakı Sovetinə rəhbərlik edən S.Şamuyan olmuşdur.

Həmin dəhşətli günlərin şahidləri qeyd edirdilər ki,  ermənilər  Azərbaycanlıların evlərinə hücum edir, hər kəsi öldürür, qılıncla parçalayırdılar.

Qırğından bir neçə gün sonra təkcə Bakıda bir çuxurdan çıxarılan 87 Azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, kişilərin baş dəriləri soyulmuş halda idi. 

Ermənilər uşaqlara, qadınlara və yaşlılara amansız işgəncə verməklə qətlə yetirmişdilər.

Əsasən uşaqlara və qadınlara işgəncə verdikdən sonra evlərə və anbarlara doldurub yandırmışdılar.

Bakıda xəstəxanalar içindəki xəstələrlə birlikdə ermənilər tərəfindən yandırılmışdı.

 

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə türk müsəlman əhaliyə amansız divan tutulmuşdu.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki:

 

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik Azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 Azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 Azərbaycanlı öldürülmüşdü.

 

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min Azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa hücum etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşan S.Şaumyan İ.Stalinə məktub yazaraq, qırmızı ordunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini tələb etmişdi.

Bolşeviklər S.Şaumyanı və Azərbaycanda cəmləşdirilən erməniləri silahlandırmaqla, bu soyqırımı əvvəlcədən planlamışdılar.

Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etmişdir. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə birinci dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi.

Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, bu soyqırm məqsədli həyata keçirilmişdi. Erməni-daşnak birləşmələri Moskvadan dəstək almaqla amansız soyqırım törətmişdilər.

Həqiqətən də, Bakıda,

Şamaxıda, Qubada, İrəvanda, Qarabağda və digər bölgələrimizdə Azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi qırmızı ordunun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur.

Soyqırım zamanı çox sayda Məcsidlər dağıdılmış və yandırılmış, tarixi tikililərə ciddi ziyan vurulmuşdu.

31 mart soyqırımı  ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə və vandallıq planı idi.

  

Şamaхı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir miliyard rubldan artıq təşkil edirdi.

Ermənilər 1918-ci ilin mart- aprel aylarında Şamaхıya hücum zamanı 58 kənddə təхminən 7 min nəfər öldürmüş, onların 1653 qadın və 965 uşaq olmuşdur. Hətta, S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaхıda törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.

Mart soyqırımı zamanı 50 mindən çox Azərbaycanlı amansızcasına qətlə yetirilmişdi.

 

Aprelin əvvəlində

Nuru və Ənvər paşanın başçılığı ilə Qafqaz İslam ordusu Azərbaycanın köməyinə gəlib çatmışdır.

 

Ümummilli liderimiz

Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

Allah c.c. bütün şəhidlərimizə rəhmət etsin.