Əyriçay su anbarında mövsümi suvarma işlərinə hazırlıq görülür.....

Şəki və Qax rayonlarının dəmyə əkin sahillərini suvarma suyu ilə təmin edən, bölgənin ən iri su anbarlarından olan Əyriçay su anbarında mövsümi suvarma işlərinə hazırlıq görülür.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki rayonunun ərazisində 1986-cı ildən fəaliyyət göstərən Əyriçay su anbarı Böyük Qafqaz sıra dağlarının ətəyindən axan Şin, Kiş və Əyriçayın sularını toplayır. Su anbarında suvarma suyundan səmərəli istifadə olunması və sel sularının hidrotexniki qurğulardan maneəsiz buraxılması üçün zəruri tədbirlər həyata keçirilir.