Yaxın günlərdə Özbəkistanın hazırladığı vaksinin sınaqlarına başlanacaq.....

Yaxın günlərdə Özbəkistanın COVID-19 koronavirusuna qarşı hazırladığı vaksinin heyvanlar üzərində sınaqlarına başlanılacaq.

<Yaxın günlərdə Özbəkistanın hazırladığı vaksinin sınaqlarına başlanacaq.....

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistanın səhiyyə naziri Abduxakim Xacibayev məlumat verib. O deyib ki, Özbəkistan alimləri COVID-19-a qarşı vaksinin S zülalının ilk molekulunu yaradıblar.

Bundan əvvəl Özbəkistanın Çinin hazırladığı ZF-UZ-VAK2001 vaksininin həmmüəllifi olduğu elan edilmişdi. Bu yaxınlarda Çindən Özbəkistana 1 milyon doza ZF-UZ-VAK2001 vaksini gətirilib və aprelin 1-də ölkədə başlanan kütləvi peyvəndləmədə bu vaksindən də istifadə edilir.

Bu il iyun ayının sonuna kimi Çindən daha 5,5 milyon doza vaksin gətirilməsi planlaşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd