Yaponiya tamaşaçılarının “Tokio-2020”də iştirakı ilə bağlı son qərar iyunda veriləcək.....

Yaponiya tamaşaçılarının Tokio Olimpiadası zamanı idman məkanlarına buraxılması ilə bağlı son qərar iyun ayında veriləcək.

<Yaponiya tamaşaçılarının “Tokio-2020”də iştirakı ilə bağlı son qərar iyunda veriləcək.....

AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bundan əvvəl tamaşaçıların qəbulu ilə bağlı qərarın aprel ayında veriləcəyi gözlənilirdi. Lakin, koronovirusla bağlı vəziyyət təşkilatçıları planlarını yenidən nəzərdən keçirməyə məcbur edib. Tamaşaçı qəbulunun yuxarı həddi obyektlərin tutumunun 50 faizidir. Bu nisbət Oyunların başlanğıcındakı faktiki epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.