Xocalı faciəsi ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin davamıdır.....

Xocalı faciəsi mənfur erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb.

<Xocalı faciəsi ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin davamıdır.....

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, ermənilərin Xocalını hədəfə almaqda məqsədi həm də ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Rektor vurğulayıb ki, Xocalı soyqırımına ilk siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib.

“Xocalı həqiqətləri: insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri” mövzusunda çıxışında institutun baş müəllimi Arzu Abdullayev bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qətiyyəti ilə rəşadətli ordumuz düşməni diz çökdürdü, böyük zəfər qazanaraq Xocalı qurbanlarının qisasını aldı.

Sonra Xocalı soyqırımına və şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub, institutun tələbələrinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirin sonunda institutun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.