“Vikipediya”da türk dünyası haqqında məqalələrin zənginləşdirilməsi davam etdirilir.....

“Türk dünyası ağsaqqalları“ qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Könüllülər tərəfindən “Vikipediya”da türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yerləşdirilib. Layihə çərçivəsində bu günədək 200-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

<“Vikipediya”da türk dünyası haqqında məqalələrin zənginləşdirilməsi davam etdirilir.....

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər.

Könüllülər tərəfindən krım-tatar şairləri Ömər İpçi, Bəkir Vahab, Macar Turan Vəqfinin rəhbəri, insan biologiyası və antropologiya mütəxəssisi Andras Zsolt Biro, Azərbaycanın Əməkdar məşqçisi Kazım Qurbanov, professorlar Mahir Əliyev, Vilayət Cəfərov, Ramazan Məmmədov, ictimai-siyasi xadim, 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı olmuş Allahverdi Hümbətov və Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı haqqında məqalələr yaradılıb.