Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar bilik yarışı təşkil olunub.....

Bərdə Regional Mədəniyyət İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Mingəçevir şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda bilik yarışması təşkil edib. İntellektual yarışa regional idarənin əhatə etdiyi Bərdə, Tərtər rayonlarının, Yevlax və Mingəçevir şəhərlərinin mədəniyyət işçiləri iştirak edib.

<Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar bilik yarışı təşkil olunub.....

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, intellektual yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizi gənc nəsillərə aşılamaqdır.

Yarışda Bərdə rayonunu “Qarabağ”, Tərtər rayonunu “Suqovuşan”, Mingəçevir şəhərini “Nur”, Yevlax şəhərini isə “Kür” komandası təmsil edib. Üç turdan ibarət yarış Mingəçevir şəhərinin “Nur” komandasının qələbəsi ilə başa çatıb. Turlararası fasilədə mədəniyyət işçiləri tərəfindən musiqi nömrələri ifa edilib.

Sonda qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.