Türkiyədə COVID-19-un müalicəsində böyük əhəmiyyət kəsb edəcək oksigen terapiyası cihazı hazırlanıb.....

Türkiyənin “Arçelik” və tibbi cihaz istehsal edən “Biosys” şirkətləri birgə əməkdaşlıq çərçivəsində COVID-19 xəstələrinin müalicəsində böyük əhəmiyyət kəsb edəcək yüksək axınlı oksigen terapiyası cihazı hazırlayıblar.

<Türkiyədə COVID-19-un müalicəsində böyük əhəmiyyət kəsb edəcək oksigen terapiyası cihazı hazırlanıb.....

AZƏRTAC xəbər verir ki, reanimasiya şöbələrində müstəqil olaraq işləyə və daşına bilən “BIO2Flow” cihazının koronavirus xəstəliyinin müalicəsində səhiyyə işçilərinə böyük dəstək verəcəyi gözlənilir.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Türkiyənin Sənaye və Texnologiya, eləcə də Səhiyyə nazirliklərinin rəhbərliyi altında ölkənin “Arçelik”, “BAYKAR” və “ASELSAN” şirkətləri mexaniki ventilyator, süni nəfəs aləti kimi müxtəlif tibbi cihazların hazırlanması istiqamətində güclərini birləşdiriblər. Hazırda məhdud sayda istehsal edilən bu cihazın gələcəkdə dünya bazarına çıxarılması nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul