Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn konsert təşkil edilib.....

Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn formatda konsert keçirilib.

<Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn konsert təşkil edilib.....

AZƏRTAC xəbər verir ki, konsert TÜRKSOY-un və Türkmənistan Mədəniyyət Nazirliyi ilə birgə reallaşıb.

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə yanaşı, digər türkdilli xalqların orkestrləri maraqlı proqramla çıxış ediblər. Orkestrimizin ifasında səslənən türkmən xalq mahnısı “Bibican” mahnısının özünəməxsus koloritlə səsləndirildiyinə görə Türkmənistan Mədəniyyət Nazirliyi kollektivə, eləcə də bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevə və kollektivin direktoru Əməkdar mədəniyyət işçisi Elçin Abbasova təşəkkür edib.