Türk Şurasına üzv ölkələrin limanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.....

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla Türk Dünyası Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyəti arasında görüş keçirilib.

<Türk Şurasına üzv ölkələrin limanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.....

QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə əsas müzakirə mövzusu, Türk Şurasına üzv ölkələrin limanları ilə əməkdaşlığın genişləndirilməsi məsələsidir. Görüş zamanı tərəflər qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ döyüşlərində əldə etdiyi uğurlu nəticə sayəsində bölgədə yeni nəqliyyat imkanı yaranıb ki, bu da şuraya üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə imkan verəcək. Daha sonra qonaqlar, yüklərin qəbulu və yola salınması prosesini yerində izləmək üçün Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar.