Təhsil İnstitutu mentorluq proqramının icrasına başlayır.....

Təhsil İnstitutu mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə tədqiqat mentorluq proqramının icrasına başlayır.

<Təhsil İnstitutu mentorluq proqramının icrasına başlayır.....

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 6 ay davam etməsi nəzərdə tutulan proqram üçün tədqiqat mentorları və mentiləri (mentorun tələbəsi) olmaq istəyən şəxslərin müraciətləri qəbul olunacaq.

Mentorluq proqramının məqsədi və təməl yanaşması “tətbiq edərək öyrənməkdir”. Bu çərçivədə mentorluq proqramının iştirakçıları olaraq mentorlar və mentilər Təhsil İnstitutunda həyata keçirilən tədqiqat proseslərində aktiv iştirak edəcək və proses müddətində elmi ədəbiyyatların nəzərdən keçirilməsi, dataların (məlumatların) toplanılması və təhlili, araşdırma hesabatının hazırlanması kimi fəaliyyətlərdə mütəmadi olaraq rol alacaqlar. Mentorluq proqramında iştirak ödənişsizdir və fərqlənən iştirakçılar üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.

Müraciət üçün mayın 12-dək Təhsil İnstitutunun saytında yerləşdirilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Proqram şərtlərinə uyğun olan namizədlərlə mayın 19-da müsahibəyə dəvət üçün əlaqə saxlanılacaq. Müsahibə mərhələsindən uğurla keçən namizədlər proqramın iştirakçısı olaraq fəaliyyətə başlayacaqlar.