Sərhəddəki qarşıdurma nəticəsində Qırğızıstanda zərər görən obyektlər açıqlanıb.....

Qırğızıstan-Tacikistan sərhədindəki Batken vilayətində 78 ev yararsız hala düşüb, 30 ev, 2 məktəb, 1 uşaq bağçası, daxili qoşunların bir binası, “Dostuk” sərhəd postu tam yandırılıb, 2 tibb məntəqəsi, 1 milis idarəsinin binası, 3 sərhəd postu, 10 benzindoldurma məntəqəsi, 8 mağaza tamamilə dağıdılıb.

<Sərhəddəki qarşıdurma nəticəsində Qırğızıstanda zərər görən obyektlər açıqlanıb.....

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan fövqəladə hallar nazirinin müavini Urmatbek Şmırkanov Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir müavini deyib: “Ortobaz kəndində bir sakinin evinə helikopterdən aviaraket atılıb, ev dağılsa da raket partlamayıb.

Xatırladırıq ki, Qırğızıstan tərəfdən ölənlər 34, Tacikistandan isə 15 nəfərdir. Sərhəddəki qanunsuzluqlarla bağlı 11 cinayət işi açılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek