Son sutkada koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 516 nəfər müalicə olunaraq sağalıb, 10 min 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 59 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936, bu günə qədər isə ümumilikdə 7 milyon 623 min 270 test icra olunub.