Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.....

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən aprelin 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək.

<Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.....

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən aprelin 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.