Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.....

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 metr/saniyəyədək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 20-25 metr olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 metrədək güclənəcəyi gözlənilir.

<Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.....

Xidmətdən bildiriblər ki, havanın temperaturu 4-6° enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşamdan martın 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, martın 6-da sürəti arabir saniyədə 18-23, martın 7-də 25-30 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 32-35 metrədək güclənəcək. Havanın temperaturu 5-10° enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.