Sığortaçılar Assosiasiyası sığorta bazarı ilə bağlı 3 illik strategiyanı açıqlayıb.....

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı 3 illik strategiya təsdiqlənib.

<Sığortaçılar Assosiasiyası sığorta bazarı ilə bağlı 3 illik strategiyanı açıqlayıb.....

ASA-dan AZƏRTAC-a bildirilib ki, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib. Səkkiz strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və sair kimi istiqamətlər yer alıb.