Sergey Markov: Ağdamda şahidi olduğumuz vəhşiliklərdən heyrətə gəldik.....

Biz buradakı vəziyyətlə tanış olduqda bu əraziləri işğal edənlərin vəhşiliklərinin, qeyri-insani münasibətlərinin şahidi olduq və heyrətə gəldik.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri mayın 1-də Ağdamda səfərdə olan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə müsahibəsində deyib.