Şahmat üzrə iddiaçılar turnirinə az sayda tamaşaçı buraxılacaq.....

Yekaterinburqda keçiriləcək şahmat üzrə iddiaçılar turnirinə az sayda tamaşaçı buraxılacaq.

<Şahmat üzrə iddiaçılar turnirinə az sayda tamaşaçı buraxılacaq.....

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç məlumat verib.

O qeyd edib ki, yarışlar zamanı az sayda azarkeşin auditoriyaya girməsinə icazə veriləcək. Bununla belə, insanlar arasında sosial məsafənin gözlənilməsi, sanitar-gigiyena qaydalarına əməl ediləcək.

İddiaçılar turniri pandemiya ilə əlaqədar ötən il martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.