Sabah gündüz hava əsasən yağmursuz olacaq.....

Azərbaycanda martın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah gündüz hava əsasən yağmursuz olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Martın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-15°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.