Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.....

Azərbaycanda martın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 7-9° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 3-8° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 8-13° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 7-11° isti, dağlarda gecə 0-4°şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.