“Real Madrid” klubu özünə məxsus rekordu yeniləyib.....

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində İngiltərənin “Liverpul” klubunu üstələyən İspaniyanın “Real Madrid” komandası tarixində 14-cü dəfə turnirin yarımfinalına yüksəlib.

<“Real Madrid” klubu özünə məxsus rekordu yeniləyib.....

AZƏRTAC xəbər verir ki, “kral klubu” bununla yarış tarixində özünə məxsus rekordu yeniləyib. İspaniyanın “Barselona” və Almaniyanın “Bavariya” klubları Çempionlar Liqasının yarımfinalında 12 dəfə oynayıblar.

Qeyd edək ki, “Real Madrid” “Liverpul”u dörddəbir final mərhələsinin ilk görüşündə 3:1 hesabı ilə məğlub edib. Cavab görüşü isə qolsuz heç-heçə ilə yekunlaşıb.