Rafiq Həsənov: Sürüşmə kütləsinin yerdəyişməsi, ümumilikdə, sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir.....

Badamdar sürüşmə sahəsinə baxış keçirilib. Yanvarın 28-də orada baş vermiş sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş kütlənin təbii amillər, əsasən də son zamanlar əraziyə düşən yağıntıların təsirindən yerinin dəyişməsi qeydə alınıb.

<Rafiq Həsənov: Sürüşmə kütləsinin yerdəyişməsi, ümumilikdə, sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir.....

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov deyib.

"Əslində sürüşmə kütləsinin yerdəyişməsi, ümumilikdə, sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq dayanıqlığı pozulmuş kütlənin yerdəyişməsi hesab olunur", - deyə R.Həsənov bildirib.