“Qələbəni xatırla” layihəsinin mükafatlandırma mərasimi keçirilib.....

Mayın 8-də 1941-1945-ci illər müharibəsində Qələbə gününün 76-cı ildönümü ərəfəsində Bakıdakı Rus Evində (RİMM) "Qələbəni xatırla" layihəsinin iştirakçılarının təntənəli mükafatlandırma mərasimi keçirilib.

<“Qələbəni xatırla” layihəsinin mükafatlandırma mərasimi keçirilib.....

RİMM-dən AZƏRTAC-a bildirilib ki, bu layihəyə aprel ayında start verilib. Layihə çərçivəsində hər kəsə öz feysbuk səhifəsində və digər sosial şəbəkələrdə 1941-1945-ci illər müharibəsindəki Qələbəyə, müharibə və əmək veteranlarına həsr olunmuş mahnı və ya şeir yazmağa və dərc etməyə təklif edilmişdi.

Qeyd edək ki, layihə #ВспомниПобеду həştaq altında davam edir və hər kəs ona qoşula bilər.