Qırğızıstanın xarici işlər naziri TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb.....

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev aprelin 11-də ölkədə keçiriləcək referendumda iştirak etmək üçün Bişkekə gələn Türkiyə Böyük Millət Məclisinin deputatı Rəcəb Şəkərin rəhbərliyi ilə TÜRKPA-nın nümayəndə heyətini qəbul edib.

<Qırğızıstanın xarici işlər naziri TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb.....


AZƏRTAC xəbər verir ki, Ruslan Kazakbayev Qırğızıstan Konstitusiyasına edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsi-referenduma maraq göstərdikləri üçün TÜRKPA missiyasına minnətdarlıq edib. 
Nazir deyib ki, referendumda 31 ölkədən və 10 beynəlxalq təşkilatdan 183 müşahidəçi iştirak edəcək. 
Görüşdə Qırğızıstanla türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. 
Rəcəb Şəkər deyib ki, Qırğızıstan demokratik proseslərin inkişafı istiqamətində böyük uğurlar əldə edib və bu yolda inamla irəliləyir. O, əmin olduğunu bildirib ki, referendum uğurla başa çatacaq və bu, xalqın rifah halının yüksəldilməsinə xidmət edəcək. 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek