Qazaxıstanda bir gündə dörd zəlzələ qeydə alınıb.....

Martın 24-də Qazaxıstanda dörd zəlzələ qeydə alınıb. 

<Qazaxıstanda bir gündə dörd zəlzələ qeydə alınıb.....


AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Seysmik Stansiyalar Şəbəkəsi məlumat yayıb. 
Bildirilib ki, Almatı vaxtı ilə saat 01:36-da qeydə alınan zəlzələnin episentri şəhərdən 730 kilometr cənub-qərbdə, Tacikistan-Əfqanıstan sərhədində yerləşib. Episentri 10 kilometr dərinlikdə yerləşən zəlzələ 5.0 bal gücündə olub. 
İkinci yeraltı təkanlar saat 03:14-də Almatı şəhərindən 369 kilometr cənub-şərqdə, Çin ərazisində qeydə alınıb.
Maqnitudası 4.2 bal olan üçüncü zəlzələ isə saat 06:04-də baş verib. Yeraltı təkanların episentri Almatı şəhərindən 375 kilometr cənub-şərqdə, Çin ərazisində yerləşib. 
Almatı vaxtı ilə saat 13:03-də baş verən dördüncü zəlzələnin episentri şəhərdən 249 kilometr şimal-şərqdə, 15 kilometr dərinlikdə olub. 
Qazaxıstanın Tekeli və Taldkorqan şəhərlərinin sakinləri zəlzələləri 2-3 bal gücündə hiss ediblər. 
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan