Qar yağacaq, çovğun olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

<Qar yağacaq, çovğun olacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enərək martın 12-dən 13-nə keçən gecə 0° olacaq.