Özbəkistanla Qazaxıstan “Asiya şengeni”ni yaradır.....

Nur-Sultan və Daşkənd şengen vizasının Asiya analoqunu - çox girişli turizm vizası “İpək yolu vizası”nı inkişaf etdirir.

<Özbəkistanla Qazaxıstan “Asiya şengeni”ni yaradır.....

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Mədəniyyət Nazirliyinin məlumatına görə, hazırda İpək yolu zonasının ölkələrinə giriş və qalmaq üçün viza üzrə vahid elektron sistemin yaradılması istiqamətində işlər aparılır.

İpək yolu zonasının ilk ölkələri Qazaxıstan və Özbəkistan olacaq. "Asiya şengeni" sərhədləri açacaq və dövlətlər arasında turistlərin hərəkətini asanlaşdıracaq. 2021-ci ilin sonuna qədər ölkələr informasiya sistemlərinin inteqrasiyasını başa çatdırmaq, layihənin birgə maliyyələşdirilməsi prosedurunu və vahid konsulluq rüsumunun miqdarını təyin etmək niyyətindədir. Bütün prosedurların nəticələrindən sonra Qazaxıstan və Özbəkistan arasında İpək yolu zonası layihəsinin tam həyata keçirilməsinə dair hökumətlərarası müqavilə bağlanacaq.

Xatırladaq ki, 2018-ci ildə Dariqa Nazarbayeva "Asiya şengeni" nin təşəbbüsü ilə çıxış etmişdi. Sonra yalnız Özbəkistanda deyil, Qırğızıstan və Tacikistanda da dəstəklənmişdi.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan