Özbəkistanda “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşə açılıb.....

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşənin açılış mərasimi keçirilib.

<Özbəkistanda “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşə açılıb.....


AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Yazıçılar Birliyinin rəhbərliyi, yerli azərbaycanlılar və jurnalistlər iştirak ediblər.