Ölkədə əmtəəlik təbii qaz hasilatı 12 faiz artıb.....

Azərbaycanda əmtəəlik neft hasilatı 5,3 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 12 faiz artıb.

<Ölkədə əmtəəlik təbii qaz hasilatı 12 faiz artıb.....

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 3,6 faiz azalaraq 11 milyard manat təşkil edib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş verib.

Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalıb, əmtəəlik qaz hasilatı 12 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,4 faiz artıb.