Nigar Arpadari AŞPA rəhbərliyinin sessiya zalında kobud danışan erməni deputatla bağlı tədbir görməsini tələb edib.....

AŞPA-nın yaz sessiyasında “Avropada milli azlıqların qorunması” adlı məruzənin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadari AŞPA rəhbərliyinin sessiya zalında kobud danışan erməni deputatla bağlı tədbir görməsini tələb edib.

<Nigar Arpadari AŞPA rəhbərliyinin sessiya zalında kobud danışan erməni deputatla bağlı tədbir görməsini tələb edib.....

AZƏRTAC xəbər verir ki, Nigar Arpadari çıxışında AŞPA-da Parlament Assambleyasına yeni qatılan deputatlarla görüş keçirildiyini, onlara qaydalar və prosedurlar barədə kitabçanın təqdim edildiyini xatırladaraq deyib: “Həmin kitabçada qaydalardan ən əsası belə idi ki, biz bir-birimizə qarşılıqlı hörmətlə yanaşmalıyıq. Ancaq burada hamımız erməni deputatın Azərbaycana, xalqımıza qarşı hörmətsiz çıxışını eşitdik. Xahiş edirəm, mənə izah edəsiniz “Avropa dəyərləri budurmu?”. Buradakı deputatlara bildirin, Assambleyada belə danışıq tərzinə yer yoxdur. Belə çıxışlara son qoyulmalıdır.

Düzdür, burada bizim ifadə azadlığımız var. Ancaq xatırladıram ki, bu, qarşılıqlı hörmət çərçivəsində olmalıdır. Bu səbəbdən istərdim ki, qarşılıqlı hörmət təmsil etdiyimiz bütün xalqlar və ölkələrlə münasibətdə olsun. Bu, Avropa Şurası dəyərləri naminə birgə işləməyimiz üçün ən elementar qaydadır”.

Qeyd edək ki, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zohrabyan qurumun plenar iclasında deputat olduğunu yenidən unudub. Erməni deputat aktyor peşəsini hələ də deputat mandatı ilə fərqləndirə bilməyərək AŞPA plenar iclasında özünü teatr səhnəsindəki kimi hiss edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq